Yaponiya səfiri Naxçıvana getdi

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi Naxçıvan Muxtar Respublikasına gedib. SİA xəbər verir ki, səfər çərçivəsində səfir və qonaqlar Naxçıvan Günəş, “Arpaçay-1”, “Arpaçay-2” su elektrik stansiyaları, Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olub, rəsmi görüşlər keçiriblər.

Eyni zamanda, Cunici sentyabrın 29-da Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında da iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə