"“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin təməlini qoydu” - HİKMƏT BABAOĞLU

"“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin təməlini qoydu” - HİKMƏT BABAOĞLU

““Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan dövlətinin iqtisadi müstəqilliyini təmin edən əsas məsələyə çevrilmişdi”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Xəzər dənizində resursların istifadəsi ilə bağlı heç bir qanun yox idi: “Xəzərin dibi bölünməmişdi və bəzi dövlətlər bundan istifadə edərək Azərbaycanın inkişafına imkan vermirdi. Bütün bunlar müqaviləni imzalamağı çətinləşdirirdi. Lakin Ulu Öndər Heydər Əliyevin nüfuzu beynəlxalq hüquq rolunu oynadı və “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan öz iqtisadi müstəqilliyinə qovuşaraq, inkişaf etdi.

İllər keçsə belə, biz hələ də Ümummilli Liderin zamanında atdığı addımların bəhrəsini görürük. Hansı ki, bunlardan birincisi 44 günlük müharibədə qazandığımız qələbədir. Təbii ki, “Əsrin müqaviləsi”nin imzalanması bugünkü qələbəmizin əsasıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə