“Zelenski Qərbin məsləhət bildiyi yeni liderlə əvəz olunacaq“ POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Rusiya-Ukrayna ərazi, əhali gösrəricilərinə, təbii resursların miqyasına, ÜDM-in adambaşına düşən pay göstəricilərinə, sənaye, həmçinin, kənd təsərrüfatının istehsal göstəricilərinə, hərbi güc, eyni zamanda, maliyyə imkanlarına, nəhayət, dünya iqtisadiyyatına və siyasətinə təsir imkanlarına görə müqayisəyə gəlməyəcək dövlətlərdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, 2022- ci ilin fevralından başlanan hərbi əməliyyatlarda Ukraynanın duruş gətirməsi, müqavimət göstərməkdə davam etməsi, nəhayət, son 3 ayda başlanan əks hücum əməliyyatlarının masştabı suallar doğurmaya bilmir: “Bu suallara cavab axtarmaq üçün də "velosiped kəşf etməyə" ehtiyac duyulmur. Bəllidir ki, Rusiyaya qarşı Ukrayna tək savaşmır, bütün Şimal alyansı, Qərb koalisiyası özünün hərbi maşını və maliyyə məsrəfləri ilə döyüşür. Müharibənin başlandığı andan Ukraynaya ABŞ başda olmaqla Qərb dövlərlərinin göndərdikləri silah və sursatın ümumi dəyəri bir neçə yüz milyardı keçib. ABŞ- ın təşəbbüsü ilə kollektiv Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların paket sayı 160-ı ötüb, əsas məqsəd Rusiyanı bu müharibəyə sövq etməklə onun hərbi qüdrətini sarsıtmaq, maliyyə məsrəflərinin müharibə xərclərinə yönəldilməsinə nail olmaqla Rusiyada sosial, iqtisadi, infrastuktur layihələrinin gerçəkləşməsinə əngəl olmaq, onu hərbi təcavüzdə ittiham edərək beynəlxalq birlikdən təcrid etmək, ölkə daxilində sosial sabitliyi pozmaq, əhalinin Putin iqtidarında narazılığını gücləndirməkdən ibarətdir. Müharibənin başlandığı andan Rusiyanın iqtisadiyyatında, maliyyə vəziyyətində olan proseslərin müqayisəli təhlili, ordusunun gücü və döyüş qabiliyyəti, Rusiyaya Qərb koalisiyası istisna olmaqla müttəfiqləri və dost ölkələr tərəfindən olan beynəlxalq dəstək, rus cəmiyyətinin vətənpərvərlik dəyərləri ətrafında konsolidasiya olunması göstərir ki, qarşıya qoyulan məqsədlərin heç biri ətrafında Qərb hər hansı bir uğura imza ata bilməyib. Rusiya bazarlarını tərk etmiş məlum qərb şirkətlərinin yerini Rusiya iqtidarının siyasəti nəticəsində Çin, Hindistan, Türkiyə, İran, Pakistan, bir sıra ərəb dövlətlərinin şirkətləri tutublar, necə deyərlər, "müqəddəs yer boş qalmır". Rusiyanın kənd təsərrüfatı bu il rekord göstəricilərə imza atib, xüsusilə, buğda ( istehsal 159 milyon tona çatıb, bu sırada dunyada 1 ci yerdədir), kartof, yağ, süd istehsalı, ət tədarükü və s. görünən odur ki, Rusiyanın kənd təsərrüfatı əhalinin qida məhsullarına olan ehtiyacını ödəmək iqtidarındadır. Rusiya ona qarşı tətbiq olunan sanksiyaların fonunda özünün əsas strateji məhsulları sayılan neft və qazını uğurla Cənub Şərqi Asiya ölkələrinə satır, buradan habelə Türkiyəyə nəql edilən neft və qazdan gələn yüz milyarlar hesabına Rusiya özünün hərbi sənaye kompleksini müharibə ehtiyaclarını ödəmək durumunda saxlaya bilir”.
E.Manafov onu da bildirdi ki, rus rublunun çökməsinin qarşısı bu ilin sentyabrında yenidən saxlanılıb: “Rusiyanın tərkibinə daxil olmuş yeni ərazilərdə infrastuktur layihələri uğurla həyata keçirilir, soyuq müharibənin bitməsindən sonra Rusiya ərəb ölkələrində, Afrika qitəsində, Latın Amerikasında, nəhayət Cənub Şərqi Asiyadaki itirlmiş nüfuzunu tədricən özünə qaytarır. Qərbin böyük maliyyə və hərbi dəstəyi şəraitində əks hücuma keçən ifrat millətçi Zelenski rejiminin əks hücumu isə Qərbdən olan hərbi mütəxəssislərin özlərinin də etiraf etdikləri kimi onların gözləntilərini doğrultmur, iki gün əvvəl Vladivastokda keçirilən Şərq iqtisadi Forumunda Rusiya prezidenti Putinin dediyi kimi, təkcə son iki həftə ərzində Ukraynanın canlı itkisi 71 min nəfər, vurulmuş, məhv edilmiş tankların sayı 543, sıradan çıxarılmış hərbi texnikanın ümumi sayı 18 mindən yuxarı olmuşdur. Ukrayna ordusunda əsir düşənlərin sayı durmadan artmaqdadır, ümumiyyətlə isə müharibə Ukraynaya yüz milyardlarla ziyan vurmuşdur, məhv edilmiş infrastukturun bərpası üçün mutəxəssislər təxminən 400 milyard dolların lazım olacağını söyləyirlər. Ən əsası Qərb Rusiyanı onun maraqlarına cavab verməyən şərtlər çərçivəsində danışıqlar masası arxasına keçəməyə sövq edə bilmir. Ukraynanın davam edən hərbi uğursuzluqları konteksində isə Qərbin axıradək səxavətlə onun maliyyələşdirəcəyi inandırıcı təsir bağışlamır, zira Ukrayna bu borcları ödəmək iqtidarında olan tərəf deyil qışda Rus ordusunun əks hücum əməyliyyatina isə artıq əldən düşmüş, yorulmuş Ukrayna ordusu duruş gətirməyəcək və Qərbin tələbi ilə Rusiya ilə danışıqlar masası arxasına keçməyə məcbur olacaq, hərçənd danışıqlarda Ukraynanı Zelenskinin təmsil edəcəyi də inandırıcı deyil, onun qarşısında qoyulmuş vəzifələrin öhdəsindən gəlmədiyinə görə onun Qərbin məsləhət bildiyi yeni liderlə əvəz olunacağı gözləniləndir. Bu isə Qərbin Ukrayna adlı geosiyasi projesində artıq yeni səhifə olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə