Ermənistan-Azərbaycan sərhədyanı ərazilərində patrul xidmətini gücləndirmişik- Aİ Monitorinq Missiyası
Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası toplanma, yerdəyişmə və atışma insidentləri də daxil olmaqla hər hansı hərbi dəyişikliyi müşahidə etmək üçün Ermənistan-Azərbaycan sərhədyanı ərazilərində və qarşıdurma xəttində gecə-gündüz patrul xidməti həyata keçirdiyini açıqlayıb.
SİA-nın xəbərinə görə, bu barədə Aİ-nin Monitorinq Missiyası "X" sosial şəbəkəsində paylaşım edib.
Qeyd edilib ki, Aİ-nin Ermənistandakı Monitorinq Missiyası vəziyyətlə bağlı Aİ-ni daha çox narahat edən ərazilərdə patrulları gücləndirib və gərginliyin azaldılmasına töhfə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB