Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada keçirilən danışıqlarda yüksək səviyyəli təmasların cədvəlini, o cümlədən Ukrayna və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edirlər. SİA Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya istinadən xəbər verir ki, avqustun 31-dən sentyabrın 1-dək Türkiyə Respublikasının Xarici İşlər Naziri Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlar aparmaq məqsədilə Moskvaya işgüzar səfər edib.
Rusiya və Türkiyə xarici İşlər nazirliklərinin rəhbərləri ən yüksək səviyyədə ikitərəfli təmasların cədvəlini hazırlayıblar. Zaxarovanın sözlərinə görə, nazirlərin gündəliyində regionda, Ukraynada və Cənubi Qafqazda, Suriyada, Liviyadakı vəziyyəti müzakirə etmək var. Həmçinin Rusiya-Türkiyə ikitərəfli əməkdaşlığının vəziyyətini, o cümlədən Azərbaycanda enerji sektoru kimi strateji layihələrin həyata keçirilməsi kontekstində təhlil aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB