“Ermənistan Azərbaycanın güclü olduğunu anlayır” - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistan Azərbaycanın güclü olduğunu anlayır” - POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiya pasportu olan ermənilərin Qarabağı tərk etməsi təbii ki, Azərbaycanın apardığı siyasətin tərkib hissəsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ermənilər artıq anlayır ki, burada hər hansı bir “müstəqillik” ola bilməz:

“Rusiya pasportu olan ermənilər ərazilərimizdə siyasi təxribatlarda iştirak etmək üçün yerləşdirilmişdilər. Amma artıq yolun sonudur, Arayik Arutyunyan istefa verdi. Gün ərzində 100-150 nəfər erməni qrup şəklində Qarabağı tərk edir. Rusiya sülhməramlılarının ərazilərimizə gətirdiyi ermənilərin buranı tərk etməsi reallıqları ortaya qoyur. Ermənistan Azərbaycanın güclü olduğunu anlayır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə