“Azərbaycan öz mövqeyini müdafiə etmək məqsədilə ciddi tədbirlər görəcək” - SİYASİ EKSPERT DANIŞDI

“Azərbaycan öz mövqeyini müdafiə etmək məqsədilə ciddi tədbirlər görəcək” - SİYASİ EKSPERT DANIŞDI

“Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi və Ermənistan ordusunun Azərbaycan suveren ərazilərində hərbi təxribatlar törətməsi təbii ki, ərazilərimizdə yaşayan erməniləri də narahat etməyə başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, son günlər Azərbaycanın suveren ərazisi olan Qarabağın dinc sakinləri buranı tərk etməyə başlayıb: “Rusiya pasortu olanlar da ərazilərdən çıxırlar və bu kütləvi hal alır.

Yeni müharibə ocağının yaranma ehtimalı artmaqdadır. Çünki Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti hələ də davam edir. Dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, Ermənistan məkrli siyasətindən əl çəkmir. Belə olan halda isə Azərbaycan öz mövqeyini müdafiə etmək məqsədilə ciddi tədbirlər görə bilər.

Ermənilər də bilirlər ki, öz adlarına keçirmək üçün çalışdıqları ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Vaxtilə Qərbi azərbaycanlılar öz doğma torpaqlarından ermənilər tərəfindən zorla çıxarılıblar. İndi isə geriyə, öz doğma yurdların qayıtmağın zamanı çatıb”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə