“Ermənistan daha bir məğlubiyyətə düçar oldu” - POLİTOLOQ ŞƏRH ETDİ
“Ermənilər BMT TŞ-nin iclasını Azərbaycan əleyhinə bir kampaniyaya çevirməyə cəhd edirdilər. Amma BMT TŞ-də aparılan müzakirələrdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribatçı çıxışların edilməməsi, həmçinin ölkəmiz tərəfindən təklif olunan Ağdam-Xankəndi yolu ilə bağlı fikirlər daha da möhkəmləndi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Ermənistanın BMT TŞ-ni Azərbaycanın əleyhinə çevirməyə çalışmasına baxmayaraq, burada əsasən Azərbaycanın mövqeyini ifadə edən fikirlər səsləndirildi: “Xüsusilə, Ağdam-Xankəndi yolu ilə bağlı Azərbaycanın müddəalarının BMT kimi yüksək tribunadan səsləndirilməsi ölkəmizin növbəti diplomatik uğurlarından biridir. Ermənistan isə daha bir özünün müəllifi olduğu toplantıda məğlubiyyətə düçar oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB