"Cəmil Həsənlinin dərdi Qubad dərdi deyil, öz dərdidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Cəmil Həsənlinin dərdi Qubad dərdi deyil, öz dərdidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Qubad İbadoğlunun həbsindən bəri söylədiyim bir fikri yenidən təkrarlamaq istəyirəm: Cəmil Həsənlinin dərdi Qubad dərdi deyil, öz dərdidir. Çünki illərdir onlar bərabərdir və bu minvalla çox güman ki, bütün əyri, neqativ, qanunazidd əməlləri, işləri də bərabər görüblər. Ona görə Həsənli özünə əl qatıb, ona görə panikadadır, ona görə çırpınır". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.

Deputat sözlərinə belə davam edib: "Üstəlik, həmin Cəmil axı bir müddət əvvəl Qubada satqın deyirdi: "Londonda birləşməmişdən öncə. Bəs necə oldu fikir dəyişdi? Necə oldu dostluq yarandı? Necə oldu bir yerdə "fond" və s. yaratmaq qərarına gəldilər? Necə oldu Qubadın müdafiəsi ilə bağlı belə canfəşanlıq eləmək həvəsinə düşdü? Nədir bunları birləşdirən? Hansı səbəbdir bunları bir-biri üçün “vazkeçilməz” edən? Bilirsizmi nədir? Anti-milli fəaliyyət ortaqlığı! Günah və cinayət ortaqlığı! Yanlış və rəzil məfkurə ortaqlığı!

Qısası, dediyim kimi, Cəmil indi öz hayındadır. O, yəqin başa düşür ki, şahidlər artdıqca Qubad mövzusuna daha çox aydınlıq gələcək və beləcə cinayət ortaqlarının sırası, dəqiq dairəsi də müəyyənləşəcək.

Radikal müxalifətdəki başbilənlərin hamısı “çete”, qaraguruh yığınıdır. Zamanı gələndə də bir-bir, növbə-növbə ifşa olunacaqlar. Buna əminəm".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə