“Ermənistanın dağ-mədən sənayesinin bölgənin, bütövlükdə planetin ekosisteminə təhlükə yaradan qanunsuz fəaliyyəti davam edir. Bu günlərdə Ermənistanın dağ-mədən sənayesinin qeyri-şəffaf və zərərli fəaliyyətinə dair hesabat dərc edildi". Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaş hərəkatının fəalları beynəlxaq ictimaiyyətə müraciət ünvanladı: "Faktlar sübut edir ki, Ermənistanın onlarla filis çıxarma və hasilat sənayesi müəssisələri transsərhəd Oxçuçay, Araz, Arpaçay, Bərgüşad, hətta əsas su qaynağımız olan Kür çayını çirkəndirir. Onsuz da transsərhəd çaylarımız Ermənistanın İrəvan, Razdan kimi şəhərlərinin məişət tullantıları ilə kirləndirilirdi. Sovetdən qalma köhnə texnologiyalarla işləyən dağ-mədən sənayesi müəssisələrinin fəaliyyəti ciddi narahatlıq doğurur. Çünki ortada 30 ilin acı təcrübəsi var. Ermənistan təbiətin incisi olan Oxçuçayı ölü çaya çevirib, Araz ağır metal tullantılarla çirkləndirilir. Torpaqlarımız, Arazda yaşayan canlı aləm, əkin sahələri ciddi təhdid altındadır".
Elman Cəfərli sözlərinə belə davam edib: "Bizim etirazımı təkcə Ermənistana deyil, bu ölkənin dağ-mədən sənayesinə yatırım qoyan xarici şirkətlərədir. Ekoloji problem sərhəd tanımır. Biz heç bir şirkətin, iş adamının qazanmasına qarşı deyilik. Amma transsərhəd çayları üzərində metallurgiya müəsisəsi tikilirsə, bu, beynəlxalq konvensiyalara uyğun şəkildə edilməlidir. Ərazidə monitorinqin aparılmasına imkan yaradılmalı, tikilən müəssisənin ekoloji norma və tələblərə uyğun fəaliyyəti təmin edilməlidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB