"Fransa regionda sülh quruculuğu prosesinə mane olmağa çalışır" - MÖVQE BİLDİRİLDİ
"Fransanın Laçın yolu ilə bağlı 27 iyul tarixli bəyanatı ilk belə qərəzli bəyanat deyil. Çox təəssüflər olsun ki, Fransa qərəzli anti-Azərbaycan çıxışları ilə post-müharibə dövrünün reallıqlarına uyğun şəkildə regionda sülh quruculuğu prosesinin uğurla icra olunmasına mane olmağa çalışmaqda davam edir". Bu sözləri politoloq Aytən Qurbanova SİA-ya açıqlamasında deyib.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin müvafiq bəyanata verdiyi cavabda da ifadə olunduğu kimi Fransanın üçtərəfli bəyanatın müddəalarına istinad edərək sərhəd-keçid məntəqəsinin hüquqi statusunu haqsız şəkildə mübahisələndirməyə və “blokada” ssenarisini davam etdirməyə çalışması prosesləri manipulyasiya etmək məqsədi daşıyır. Ona görə də, Fransa əgər sülhdən danışırsa, ilk öncə Ermənistan tərəfinin həmin bəyanata uyğun olaraq götürdüyü öhdəlikləri niyə bugünə qədər icra etmədiyi məsələsini gündəmə gətirməli və beləliklə də, sülh danışıqlarına töhfə vermək məqsədini ifadə etməlidir. Digər tərəfdən, sərhəd-keçid məntəqəsinin fəaliyyəti və gündəlik hərəkətliliklə bağlı mütəmadi əsasda rəsmi dövlət qurumları tərəfindən məlumatlar paylaşılır. Nəticə etibarilə, belə qərəzli bəyanatların beynəlxalq ictimaiyyətin ümumi rəyini manipulyasiya etmək ehtimalının ümumiyyətlə olmadığını da aydın şəkildə müşahidə edirik. Ancaq hər bir halda Fransa artıq Cənubi Qafqaz siyasətini mütləq şəkildə yenidən nəzərdən keçirməlidir, əks təqdirdə Cənubi Qafqazın əsas aparıcı qüvvəsi olan Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərdə yaranmış böhran daha da dərinləşməyə davam edəcək", - A. Qurbaova qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB