Fransada jurnalistlərimizə qarşı törədilmiş hücumu qətiyyətlə pisləyirik - Jalə Əliyeva

Fransada jurnalistlərimizə qarşı törədilmiş hücumu qətiyyətlə pisləyirik - Jalə Əliyeva

"Söz və fikir azadlığının carçılarından biri olan və özünü demokratiyanın beşiyi adlandıran Fransada bizim jurnalistlərimizə hücum edilib. Hücum zamanı AzTV əməkdaşlarına bədən xəsarətləri yetirilməsi, çəkiliş kamerasının sındırılması, ən əsası da kameranı geri tələb edərkən jurnalistlərimizin silahla hədələnməsi birbaşa cinayət əməlidir və bu cinayəti törədənlər məsuliyyətə cəlb olunmalıdır". SİA xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Xatırladaq ki, Fransada öz peşə borclarını yerinə yetirən Azərbaycan Televiyasının əməkdaşlarına naməlum şəxslər tərəfindən hücum olub. Bununla bağlı ölkəmizdəki media qurumları bəyanat yayıb, etirazlarını bildiriblər. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə