Paşinyan Ərdoğana zəng etdi

Ermənistan Baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. SİA xəbər verir ki, Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib.

Liderlər Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.

Diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılmasına dair sazişin icrasının gedişi barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə