“Ermənistan hələ də Azərbaycanla sülh müqaviləsi bağlamır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Prezident İlham Əliyevin iyun ayının 23-də Müdafiə Nazirliyinin Komando hərbi hissələrinin birinin açılışında söylədiyi fikirlər Azərbaycanın dünəni, bu günü və sabahı ilə bağlı çox ciddi mesajlardır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, cənab Prezident Azərbaycan xalqının öz suveren hüquqlarını qorumaq əzmində olduğunu və bunun üçün Azərbaycan dövlətinin bütün addımları atdığını bir daha bəyan edib: “Zəfərin heç də asan əldə edilmədiyini, ancaq xalqımızın iradəsi, əsgərlərimizin rəşadəti bunu təmin etdi. Gözləmək olardı ki, müharibə bitdikdən, Ermənistan kapitulyasiya aktına imza atdıqdan sonra hər iki dövlət normal qonşuluq münasibətləri qurmaq üçün çalışacaqlar. Ancaq Azərbaycanın xoş məramına baxmayaraq, Ermənistandan bunu görmək olmur. Vaxtaşırı sülh barəsində təbliğat xarakterli bəyanatlar versələr də, real həyatda bunu görmək olmur. Müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasından, Azərbaycanın ərazi bütövlüyünün tanınmasından imtina edirlər. Eyni zamanda, Ermənistan tərəfdən Azərbaycana qarşı hərbi təxribatların da sayı heç də azalmaq bilmir. Bu baxımdan, Azərbaycan Prezidenti bu gün Azərbaycan Dövləti qarşısında iki böyük məsələni – işğaldan azad edilmiş ərazilərin bərpası və ordunun möhkəmlənməsi məsələsinin durduğunu dilə gətirdi. Regionda vəziyyət heç də sakit deyil, Ermənistan hələ də Azərbaycanla sülh müqaviləsi bağlamır. Bu baxımdan, silahlı qüvvələrimiz ən müasir silahlarla təchiz edilməli, yeni hərbi hissələr açılmalı, ordumuzun döyüş qabiliyyəti daima yüksək səviyyədə saxlanılmalıdır. Ali Baş Komandanın yeni hərbi hissənin açılışında iştirak etməsi onu göstərir ki, bütün bu addımlar bundan sonra da davam edəcəkdir. Ermənistan Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşmalı, Azərbaycanla normal qonuşuluq münasibəti qurmalıdır. Bunlar olmasa Azərbaycan Ermınistanla hr hansı bir əlaqələr qurmayacaqdır. Eyni zamanda, Azərbaycan sülh müqaviləsi olmadan da yaşaya biləcəyini bir daha sübut etdi. Silahlı Qüvvələr Günü ərəfəsində hərbi hissənin açılışın edilməsi Azərbaycan dövlətçiliyinin növbəti uğurlarından biri kimi qiymətləndirilə bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB