Güclü dövlət, güclü ordu, Qalib Lider - TƏHLİL

Güclü dövlət, güclü ordu, Qalib Lider - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir, Ali Baş Komandanin əmrlərini tam icra edir və icra edəcək!"

Artıq 3 ildir ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılması gününü əvvəlkilərdən fərqli olaraq qalib ölkə kimi qeyd edirik. Bu Azərbaycan Prezidenti, Qalib Sərkərdə İlham Əliyevin «Dəmir yumruq» siyasətinin Güclü Ordumuzun əsgər və zabitlərinin 30 illik həsrətə cəmi 44 gündə mümkünsüzü mümkün edən qəhrəmanlığının göstəricisidir. Bu, Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlığının, Silahlı Qüvvələrimizin vahid proqram əsasında inkişaf etməsinin, ulu öndər Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşmasında apadığı uğurlu siyasətin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının nəticəsidir.

Prezident, Ali Baş Komandan İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib və heyət qarşısında çıxışı zamanı çox mühüm məqamlara toxunub, önəmli mesajlar verib. Dövlət başçısı möhtəşəm tarixi Qələbənin qazanılmasından, Zəfərin mənəvi-siyasi və hərbi-strateji əhəmiyyətindən, Xüsusi Təyinatlı Qüvvələrin xüsusi peşəkarlıq və qəhrəmanlığından, yeni mərhələdə ordu quruculuğunun müasir çağırışlara uyğun davam etdirilməsindən və digər bir sıra mühüm məsələlərdən bəhs edib.

"MƏN BUNU ARTIQ DEMİŞƏM, BİR DAHA DEMƏK İSTƏYİRƏM, BU GÜN AZƏRBAYCAN ORDUSU MÜHARİBƏ DÖVRÜNDƏ QƏHRƏMANLIQ VƏ PEŞƏKARLIQ GÖSTƏRMİŞ AZƏRBAYCAN ORDUSUNDAN DAHA DA GÜCLÜDÜR"

Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirib ki, İkinci qarabağ müharibəsi bütün dünyaya Azərbaycan ordusunun gücünü göstərdi. Çünki bu gün ordumuz vahid proqramm əsasında fəaliyyət göstərir: "Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür".

Bəli, bü gün Azərbaycanın Güclü ordusu Ali Baş Komandanın «Güclü ordu, güclü dövlət» konsepsiyasına uyğun fəaliyyət göstərir. Və Aliandanın rəhbərliyi ilə ölkəmizdə komando hərbi hissələrin açılması çox əlamətdar hadisə olmaqla, həm də orduda güclü, dəmir siyasətin olmasının təsdiqidir.

Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirdi ki, Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır: "Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir".

"Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq", - deyə dövlətimizin başçısı bildirib.

"VAXTİLƏ “QARABAĞ ERMƏNİSTANDIR VƏ NÖQTƏ” DEYƏN ERMƏNİSTAN RƏHBƏRLƏRİ İNDİ MƏNİM SÖZLƏRİMİ TƏKRARLAYIRLAR: “QARABAĞ AZƏRBAYCANDIR!” YƏNİ, BÜTÜN BUNLAR BİZİM SON İKİ İL YARIM ƏRZİNDƏ APARDIĞIMIZ SİYASƏTİN NƏTİCƏSİDİR"

Zəfər qələbəmizdən iki il yarım keçməsinə baxmayaraq vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: "Qarabağ Azərbaycandır!" yəni, bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir". Bu fikirləri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirdi və qeyd etdi ki, əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi. Bu….

QALİB ÖLKƏNİN QALİB ORDUSUNUN QALİB SƏRKƏRDƏYƏ İNAMININ GÜCÜ İDİ

Dövlət başçımızın qətiyyəti, siyasi iradəsi 2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində özünü göstərdi. Dünya birliyinə bəlli oldu ki, Azərbaycan qalib ölkədir. Dövlət başçımız dəfələrlə bildirmişdi ki, heç vaxt imkan verə bilmərik ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın: “Birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb. Bunu indi bütün dünya bilir, tarixçilər bilir. Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, bunu öz ərazisində yaratsın, Azərbaycanın ərazisində yox. Bu mövqe tarixi ədalətə əsaslanırdı, biz bunu bəyan edirdik və Ermənistana şans verirdik. Ancaq onlar bu şansdan istifadə etmədilər”.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirdi ki, bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır! 44 gün davam edən İkinci Vətən müharibəsi bir daha bunu sübut etdi: "Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir".

Bəli, məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmadığını, hər bir təxribata layiqli cavab verildiyini söyləyən dövlətimizin başçısı onu da vurğuladı ki, bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Yəni, bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır və məhz bu gücümüzlə Ermənistanın və onun xarici havadarlarının məkrli planlarını alt-üst etdik.

Dövlətimizin başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, ədalətin təntənəsi idi. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qald0ırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar.

Bəli, bu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nəyi necə, nə vaxt edəcəyi siyasətinin göstəricisi idi. l cəsarət və milli ruh nümayişi idi. etdirdik və istədiyimizə nail olduq: "Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq".

Bəli, Ali Baş Komandan 44 gün davam edən İkinci Vətən müharibəsində nəyi, nə vaxt edəcəyini bildiyi üçün bu Qələbə qazanıldı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışı zamanı vurğuladı ki, Şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik: "Bu gün biz öz şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik. Bu gün biz bölgədə söz sahibiyik".

Və bu gün regionda proseslərin yenə də bizim təkliflərimiz əsasında cərəyan etdiyini diqqətə çatdıran Ali Baş Komandan müharibədən sonrakı ilk aylarda Ermənistanın havadarlarının köhnə tezisləri qəbul etdirməyə çalışdıqlarını bildirərək vurğuladı ki, biz bunu qətiyyətlə rədd etdik və vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: “Qarabağ Azərbaycandır!” Yəni, bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir”.

Bəli, bu Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, uğurlu siyasəti haqq işidir! Bu Vətən savaşında böyük döyüş təcrübəsi toplayan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması, işğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, müasir hərbi texnika və silah-sursatla təchizatı, xüsusən də yeni yaradılan Komando briqadalarının olması bir yenilikdir, Azərbaycanda ilkdir.

Bir sözlə, Ali Baş Komandan İlham Əliyevin hərbi islahatları bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti həm də mahir sərkərdədir. Bu gün Baş Komandanın müəyyən etdiyi konkret planlar, tədbirlər əsasında hərbi islahatlar davam edir və ordumuzun arsenalı daha da gücləndirilir.

Bəli, bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır. Ali Baş Komandanın rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə çevrilib, regionun və dünyanın 50 güclü orduları sırasına yüksəlib. Və 2022-ci il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik istiqamətləri üzrə 4 milyard 489 milyon 892 min 429 manat vəsait ayrılıb. 2022-ci ildə müdafiə qüvvələri istiqamətləri üzrə 2 milyard 153 milyon 165 min 727 manat, milli təhlükəsizlik istiqamətləri üzrə 285 milyon 501 min 146 manat, sərhəd xidməti istiqamətləri üzrə 441 milyon 585 min 091 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar istiqamətləri üzrə 4 milyon 119 min 118 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər istiqamətləri üzrə 1 milyard 605 milyon 521 min 347 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə 1 milyard 600 milyon 442 min 500 manat vəsaitin ayrılması nəzərdə tutulub.

Bütün bu islahatlar onu deməyə əsas verir ki, Azərbaycan Silahlı Qüvvələri getdikcə daha da güclənir və dünyanın qüdrətli hərbi güclərindən birinə çevrilir. Əminliklə deyə bilərik ki, həyata keçirilən hərbi islahatlar nəticəsində Azərbaycan Ordusu qüdrətini daha da artıracaq, tam modern hərbi gücə çevriləcək.

Məğlub Ermənistan bundan sonra nə qədər pulsuz silah-sursatla təmin edilsə, arsenalını ən müasir texnika ilə zənginləşdirsə belə erməni əsgəri yüksək döyüş ruhlu, xüsusi təyinatlı Azərbaycan əsgərinin qarşısına çıxmağa cürət etməyəcək, çünki buna gücü çatmayacaq.Çünki Azərbaycan Ordusu məğlubedilməzdir, onun qarşısında düşmən çox aciz və zəifdir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə