“ABŞ-ın bölgədə fəallaşması Rusiyanın siyasi maraqlarına ziddir“ - POLİTOLOQ DANIŞDI
“Vaşinqtonda keçiriləcək görüş Azərbaycanın maraqlarına uyğun olan görüş olacaq. Çünki Azərbaycan Ermənistanla sülh sazişinin bağlanmasını istəyir. Burada bizim üçün Vaşinqton platforması daha da əhəmiyyətli rol oynayacaq. Belə ki, Azərbaycan - ABŞ münasibətləri artıq strateji tərəfdaşlıq və əməkdaşlıq səviyyəsindədir. Amerika prezidenti Baydenin də cənab Prezidentə göndərdiyi təbrik məktubunda da bunu qeyd etmişdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, ABŞ-ın fəallaşması Azərbaycan - Ermənistan münasibətlərinin tezliklə tənzimlənməsinə gətirib, çıxaracaq: “Son zamanlar Rusiyanın Gədəbəydə hazırladığı təxribat da onu göstərir ki, ABŞ-ın bölgədə fəallaşması Rusiyanın siyasi maraqlarına ziddir. Buna görə də bir növ Azərbaycana təzyiq göstərməyə çalışır. Lakin Azərbaycanın öz milli maraqları var. Biz kiminsə maraqlarına xidmət etmirik, amma hörmət edirik. Eyni zamanda başqaları da bizim milli maraqlarımıza hörmətlə yanaşmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB