"Müttəfiqlik əlaqələrinin inkişafı mühüm əhəmiyyətə malikdir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi kifayət qədər önəmli hadisədir. İlkin olaraq onu qeyd etmək lazımdır ki, Türkiyə ilə müttəfiqlik əlaələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasət prioritetləri arasında mühüm əhəmiyyətə malikdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, xüsusilə yaxın keçmişə nəzər saldıqda Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün atdığı addımlara münasibətdə nümayiş etdirdiyi qətiyyətli mövqe və ədalətli çıxışları dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadı və strateji tərəfdaşlığı daha da möhkəmləndirən əsas faktorlar olaraq dəyərləndirilə bilər: "15 iyun 2021-ci il tarixində Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi ilə müttəfiqlik əlaqələrinin yol xəritəsi aydın şəkildə ifadə olunmuş oldu. Dünyanın ən güclü hərbi alyansı olan NATO-nun üzvü və beynəlxalq münasibətlər sisteminin əsas aktorlarından biri olan Türkiyə ilə möhkəm müttəfiqlik əlaqələri və onun Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi heç şübhəsiz ki, regiondq sülh quruculuğu prosesinə töhfə verən başlıca faktorlardan biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB