“Zəngəzur dəhlizinin işə düşməsini Azərbaycan, Türkiyə də çox istəyir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Zəngəzur dəhlizinin işə düşməsini Azərbaycan, Türkiyə də çox istəyir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Prezident İlham Əliyevin mətbuata birgə bəyanatda verdiyi açıqlamalar çox maraqlı olmaqla yanaşı, həm də diqqət çəkir. Birinci ən diqqət çəkən məqam şübhəsiz ki, Şuşada konsulluğumuzun açılması məsələsidir. Bu plan əvvəldən də var idi və hesab edirəm ki, indiki məqamda Qarabağın Azərbaycanın ərazi bütövlüyü olduğu fikrinin başda Ermənistan olmaqla bütün dünya ölkələri tərəfindən qəbul edilməsinə gətirib çıxaracaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: “Məsələ ondan ibarətdir ki, diplomatik korpus və diplomatik binaların toxunulmazlıqları var və o ərazi də əslində qalsa, həmin ölkənin ərazisi sayılır. Yəni, gələcəkdə təxribatlar baş versə, Türkiyənin orada konsulluğunun olması Azərbaycan üçün müsbətdir və əlavə dividentlər yaradır. Verilən bəyanatda diqqət çəkən məqam məhz Türkiyənin Şuşada konsulluğunun açılmasıdır. Türkiyə bununla açıq şəkildə bütün dünyaya və Ermənistana mesaj verir ki, bu torpaq Azərbaycan ərazisidir və biz bunu birmənalı şəkildə qəbul edirik.

İkinci diqqət çəkən məqam şübhəsiz ki, təhsillə bağlıdır. Yəni, Azərbaycanda Türkiyə Azərbaycan Birgə Universiteti fəaliyyətə başlayıb. Ümumiyyətcə onu qeyd etmək lazımdır ki, Azərbaycan strateji müttəfiq və tərəfdaşları ilə bu tipli addımlar atır. Bildiyiniz kimi İtaliya ilə də bir layihəmiz var, eyni qaydada Fransanın da bugün Azərbaycanda universiteti var. Yəni Fransa və İtaliyanın universitetlərinin olduğu bir məqamda Türkiyənin niyə məhz Azərbaycanda universitetləri olmasın?! Bu mədəni təhsil və digər sahələrdə iki ölkə xalqlarının qardaşlıq münasibətlərindən əlavə elmi və digər sahələrdə inteqrasiyasını sürətləndirə bilər. Hesab edirəm ki, verilən bu qərar da olduqca önəmlidir və gələcəyə hesablanmış bir addımdır. Fransa və Ermənistanın münasibətlərinin hər sahədə inkişaf etdiyini nəzərə alsaq, Azərbaycan və Türkiyə də strateji tərəfdaş və müttəfiqdirlər. Bu müttəfiqlik əlaqələrimizi təhsil və mədəniyyət sahələrində də davam etdirmək lazımdır. Hesab edirəm ki, bu önəmli bir məqamdır və gələcəyə hesablanmış bir məsələdir.

Üçüncü önəmli məqam isə şübhəsiz Zəngəzur dəhlizi ilə bağlıdır. Bu dəhlizin işə düşməsini Azərbaycan da, Türkiyə də çox istəyirlər. Çünki bu Çindən Avropaya uzanan bir böyük meqa layihədir. Meqa layihənin bir parçasıdır, şah damarıdır. Zəngəzur dəhlizi bugün böyük güclərin diqqət mərkəzindədir. Hər bir ölkə buradan pay qoparmaq istəyir. Təsadüfi deyil ki, Rusiyanın özü də Zəngəzur dəhlizinin açılmasına maraqlıdır və elə də İranın Qafanda konsulluq açması, İranın da bənzər formada bu ərazidə fəaliyyətləri öz növbəsində Türkiyənin də dəhlizdə addımlar atmasına gətirib çıxarır, Türkiyə Azərbaycan strateji tərəfdaşlığı Zəngəzur dəhlizində də üst-üstə düşür və ən az Türkiyədə həm regional həm Azərbaycanla ortaq, həm də geosiyasi maraqları çərçivəsində dəhlizin açılmasına maraqlıdır. İndiki məqamda buna ən çox İran və Ermənistan mane olsa da Türkiyənin proseslərdəki maraqları və Azərbaycana dəstəyi dəhlizin açılmasının əslində reallaşmasını sürətləndirə bilər.

Digər məqam da Azərbaycan və Türkiyənin birgə sənaye kompleksləri yaradılması məsələsidir. İki ölkə arasında hərbi strateji münasibətlər bu gün eyni zamanda ortaq hərbi sənaye kompleksinin yaradılmasında da üst-üstə düşür. Xüsusilə də Bayraqdar şirkətinin Azərbaycan fliallarının yaradılması, ortaq yeni silahların istehsalı məsələsi, Azərbaycanda pua səneyesinin inkişafı və Türkiyəyə həm maddi, həm də resursların təminatı baxımından uğurlu alına bilər. Türkiyə ilə bu əməkdaşlıq gələcəkdə müsbət dividentlər əldə etməyimizə gəticib çıxara bilər. Bəyanatda ən önəmli məqamlardan biri məhz bu idi”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə