Bəhruz Quliyev: “Ulu Öndər ölkənin milli ziyalılarını SSRİ-nin cəngindən qorumuşdu”

Bəhruz Quliyev: “Ulu Öndər ölkənin milli ziyalılarını SSRİ-nin cəngindən qorumuşdu”

“Media elə bir sahədir ki, cəmiyyətdə baş verən hadisələri özündə əks etdirir. Eyni zamanda, cəmiyyətlə dövlət arasındakı münasibətləri tənzimləyir. Hazırda mediadan danışmaq təxminən 150 ilə sahib bir tarixdən danışmaq deməkdir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı “Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev deyib. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, mətbuat sahəsinə də xüsusi diqqət ayırmış, öz töhfəsini vermişdir: “Hələ 1981-ci ildə Ümummilli Lider Heydər Əliyev qəzetdə tənqidi yazısı ilə çıxış edərək, mətbuata ilk töhfəsini vermişdi. Eyni zamanda, mətbuatın 100 illiyinin keçirilməsinə də təşəbbüs, məhz Ulu Öndər tərəfindən gəlmişdir.
O cür çətin bir dövrdə açıq yazıları ilə mətbuatda çıxış edən ölkənin milli ziyalılarını, məhz Ulu Öndər Heydər Əliyev SSRİ-nin cəngindən qorumuşdu.
Ulu Öndər kifayət qədər, azad fikrin formalaşması və mətbuatın inkişafına diqqət ayırmışdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə