"İlham Əliyev və Ərdoğan arasında dostluq əlaqələri daha da güclənir" - MÜNASİBƏT BİLDİRİLDİ
“Dəfələrlə qeyd edildiyi kimi, Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq, müttəfiqlik bütün dünyaya nümunədir. Çünki bu günə kimi bu iki qardaş ölkənin münasibətlərinə bərabər olan, hətta ona yaxın olan başqa bir nümunə göstərmək mümkün deyil. Bu, dünən də belə olub, bu gün də belədir və əminliklə söyləyə bilərik ki, sabah da belə olacaq”. Bunu SİA-ya açıqlamasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri deyib.
Onun sözlərinə görə, xalqlarımızın tarixin dərinliklərinə qədər uzanan bu dostluğu iki ölkənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı birlik, qardaşlıq və dostluqdan güc alaraq, daha da güclənir: “Bu gün iki qardaş ölkə arasında o sahə yoxdur ki, orada biz bu dostluğun müsbət təsirini hiss etməyək. Onu da deyim ki, bu dostluq və qardaşlıqdan eyni zamanda türk dünyası güc alır. Nəticədə bu gün türk dünyası vahid birlik, qlobal mərkəz kimi önə çıxmaqdadır”.
N.Azəri sözlərinə davam edərək bildirib ki, ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsinin məntiqi nəticəsidir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-dəki seçkidən sonra da ilk səfərini Azərbaycana edir: “Eyni zamanda, bu səfərin dövlət səfəri olmasını da diqqətdən qaçıqmaq olmaz. O mənada ki, ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında, ilk sırada ali səviyyə xarakteri daşıyan dövlət səfərləri dayanır. Yəni, dövlət səfərləri məhz xüsusi protokol qaydaları ilə, diplomatik mərasimlərlə müşayiət olunur. Burada əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsini nümayiş etdirmək və bir daha da təsbit etməkdir. Bu baxımdan cənab Ərdoğanın budəfəki səfəri tarixi önəm kəsb edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB