“Milli Qurtuluş Günü Azərbaycan tarixinin dönüş nöqtəsi oldu” - MÜNASİBƏT BİLDİRİLDİ

“Milli Qurtuluş Günü Azərbaycan tarixinin dönüş nöqtəsi oldu” - MÜNASİBƏT BİLDİRİLDİ

“Milli Qurtuluş Günü Azərbaycan tarixinin bir dönüş nöqtəsi oldu, ölkə vətəndaş müharibəsindən, xaosdan, hərc-mərclikdən, dağılmaq ərəfəsində olmaqdan inkişafa doğru getdi. Əlbəttə ki, bütün bunlar ulu öndər Heydər Əliyev sayəsində mümkün oldu”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkənin siyasi gündəmi zənginləşdi, bütün sahələrdə olduğu kimi iqtisadi inkişaf, xarici şirkətlərin respublikaya investitsiyasının əsası qoyuldu, ölkədə sürətlə vətəndaş cəmiyyəti inkişaf etməyə başladı: “Əhalinin bütün təbəqələri, o cümlədən qaçqın və məcburi köçkünlərin problemləri diqqət mərkəzində oldu. Ən əsası isə, 15 İyun ümummilli lider Heydər Əliyevin gəlişi sayəsində ölkədə sabitlik bərqərar oldu. Məhz həmin gün Azərbaycanın dövlətçiliyinin xilas olunduğu bir gündür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə