“Ermənistan tarix qarşısında cavab verəcək” - QƏNİRƏ PAŞAYEVA

“Ermənistan tarix qarşısında cavab verəcək” - QƏNİRƏ PAŞAYEVA

“Mən Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə Qərbi Azərbaycan mövzusuna verdiyi önəmə görə dərin minnətdarlığımı bildirirəm”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.

Qənirə Paşayeva sözlərinə belə davam edib: “Bu il 100 illiik yubileyini qeyd etdiyimiz Heydər Əliyevi böyük minnətdarlıqla xatırlayırıq. Qərbi Azərbaycana qayıdışla bağlı xalqla dövlətin birliyinə görə biz Heydər Əliyevin bu məsələdəki mövqeyinə borcluyuq. Biz yaxşı bilirik ki, tarixi- mədəni hüquqlarımız sərhədlərimizin hüdudları ilə bitmir. Ermənistan Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı göstərdiyi vandallığa görə tarix qarşısında cavab verəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə