MN: Ordumuzun bölmələrinin guya Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutması tamamilə yalandır
Ermənilər yalan deyirlər...

İyunun 9-u saat 22:50-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”,- deyə Müdafiə Nazirliyindən bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə