"Rusiya qarşılıqlı fəaliyyət göstərməyə hazırdır..."

Mariya Zaxarova: Azərbaycan və Ermənistanın mövqelərinin yaxınlaşması bizim üçün həmişə prioritet olaraq qalır
"Rusiya qarşılıqlı fəaliyyət göstərməyə hazırdır..."

Azərbaycan və Ermənistanın mövqelərinin yaxınlaşması, dayanıqlı balanslaşdırılmış qərarların hazırlanması Moskva üçün həmişə prioritet olaraq qalır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Azərbaycan arasında normallaşma prosesini şərh edərkən deyib.

M.Zaxarova bildirib: “Biz dəfələrlə bəyan etmişik ki, ölkələrimizin liderlərinin bəyanatları əsasında Bakı və İrəvan arasında münasibətlərin normallaşması üzrə üçtərəfli formatda (Rusiya, Azərbaycan, Ermənistan) iş aparırıq. Biz hesab edirik ki, üçtərəfli danışıqlar kompleksi Rusiyaya qardaş olan iki xalq arasında barışıq prosesi üçün alternativi olmayan yol xəritəsidir”.

Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, bu prosesin öz istiqamətləri, formatları, danışıqlar prosesinə məxsus dinamikası, əlavə rıçaqları var.

M.Zaxarova deyib: “Biz heç nəyi qabaqlamağa cəhd etmirik, nəzərdə tutulan plan üzrə hərəkət edirik, razılaşdırılmış bütün məsələləri həyata keçiririk. Azərbaycan və Ermənistanın mövqelərinin yaxınlaşması, dayanıqlı balanslaşdırılmış qərarların hazırlanması bizim üçün həmişə prioritet olaraq qalır. Gələcəkdə də məhz bu yanaşma üzrə, belə şəraitdə qarşılıqlı fəaliyyət göstərməyə hazırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə