Ulu Öndər Heydər Əliyevin zəngin irsi milli sərvətimizdir

Ulu Öndər Heydər Əliyevin zəngin irsi milli sərvətimizdir

Mövcud fakt və reallıqlar ondan ibarətdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra güclü, monolit dövlət yaratmaqla bərabər vətəndaş sülhünü, ümumxalq vəhdətini, milli və dini tolerantlığı təmin etdi, əhalinin sosial-iqtisadu durumunun yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atıldı, qanunlar qəbul olundu, Fərman və Sərəncamar imzalandı. Eyni zamanda, ölkədə siyasi sabitlik təmin edildi, zorakı dövlət çevrilişlərinin qarşısı alındı, qanunçuluq və hüquq qaydaları möhkəmləndirildi, insan hüquq və azadlıqlarının qorunması dövlətin başlıca vəzifəsinə çevrilməyə başladı. Faktlarda sübut edir ki, Azərbaycanın bütün sahələrində mövcud olmuş tənəzzül Ulu Öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti nəticəsində aradan qaldırılıb. Nəticədə, ölkəmiz dünyanın ən inkişaf etmiş dövlətləri sırasına ucalıb.

Ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazansa da, onu itirmək təhlükəsi ilə üzləşmişdi. Çünki hər bir sahədə hərc-mərclik, özbaşınalıq, xaos hökm sürürdü. Bu ağır vəziyyətdən istifadə edən Ermənistan və onun havadarları Azərbaycanın torpaqlarını işğal edirdi. Vəziyyət o qədər çətin və ağır həddə çatmışdır ki, ölkəmiz müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə üzücü, ağır durumda xalqın köməyinə Ümummilli Liderimiz Heydər Əliyev çatdı. Belə bir şəraitdə 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-dən çox nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı təhlükələrdən, parçalanmaq, yenidən hansısa ölkənin müstəmləkəsinə çevrilmək qorxusundan xilas etdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz çox böyük uğurlar qazandı və Azərbaycanın sürətli inkişafı həyata keçirildi.

Bugünkü güclü və qüdrətli Azərbaycan Ulu Öndərimizin şah əsəridir

"Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam"- deyən Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasət ölkənin iqtisadi inkişaf potensialını hərəkətə gətirirdi, cəmiyyətin siyasi-hüquqi cəhətdən təkmilləşdirilməsinə, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə nail olundu. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində milli ordu yaradıldı, sosial-iqtisadi inkişafa, möhkəm əsaslara söykənən sabitliyə nail olundu. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Ulu öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili təsisatı yaradıldı. Bütün bunlar isə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini və gücləndirilməsi istiqamətində əhəmiyyətli faktor kimi çıxış etdi. Ulu öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu. 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Bununla da, dövlətimizin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xüsusi önəm verildiyi bütün dünyaya nümayiş etdirildi.

Uğurlar dönməz və davamlı olacaq

Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Məhz Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb, xalqın sosial-iqtisadi vəziyyəti daha da yaxşılaşıb, hüquqi, dövlət quruculuğu prosesi daha da sürətlənib, eləcə də Onun hərbi-siyasi Sərkərdəlik məharəti nəticəsində Müzəffər Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın işğalı altında olmuş torpaqlarımız azad edilib və dövlət suverenliyimiz bərpa olunub. Parlaq qələbədən sonra keçmiş qaçqın və məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdışı başlayıb. Cocuq Mərcanlıdan, Ağalı kəndindən başlayan qayıdış bütün Qarabağı əhatə etməkdədir. Vətən müharibəsi zamanı azad edilən ərazilərə səfər edib. Bu dəfə ölkə başçısı Kəlbəcər və Laşın rayonlarında olub, bir sıra açılışlarda iştirak edib və görülən işlərin vəziyyəti ilə tanış olub. Prezidentə Laçın şəhərinin Baş planı təqdim olunub.

Həmin gün Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Görüşdə çıxış edən ölkə başçısı bir sıra məqamlara toxunub. O bildirib ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilərlər. Ölkə başçısı bildirdi ki, mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarıb. Cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcəkdir.

Bir sözlə, yaxın vaxtlarda insanlar öz doğma yurd və yuvalarına qayıdacaq, yenidən quracaq, yaradacaq və əbədi olaraq o bölgələrdə yaşayacaqlar.

2023-cü ilin “Heydər Əliyev ili” elan olunması nəinki Azərbaycan xalqının, ümumilikdə, bütün türk dünyasının ürəyincə oldu

Azərbaycan Respublikasının Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi nəinki Azərbaycan xalqının ümumilikdə bütün türk dünyasının ürəyincə olan Sərəncam oldu. Sərəncama müvafiq olaraq türk ellərində Ulu Öndərimizə sevgi və ehtiramın, inam və etibarın nəticəsi olaraq tədbirlər keçirilir. Bu Sərəncam Ulu Öndər Heydər Əliyev Şəxsiyyətinə, Onun xalq və dövlət qarşısındakı tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə, məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Münbit şəraitdən və imkanlardan bəhrələnən tarixçilər, araşdırmaçı jurnalistlər Ulu Öndər Heydər Əliyev fenomeninin dərinliklərini araşdırmaqla, yenidən tədqiqi etməklə çəmiyyətimizə, eləcə də dünya xalqlarına Dahi Öndərimiz haqqında maraqlı, diqqətçəkən məlumatlar çatdıracaqlar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə