"Bu məsələdə biz əməli praktik addımlar görmürük" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu məsələdə biz əməli praktik addımlar görmürük" - MÜNASİBƏT BİLDİRİLDİ

“Brüssel görüşünü danışıqlar prosesinin, Vaşinqtondakı görüşün bir hissəsi saymaq olar”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, hələ ki, daha çox Ermənistan baş nazirinin ərazi bütövlüyümüzü tanıması ilə yadda qalıb: “Lakin bu məsələdə biz əməli praktik addımlar görmürük. Əksinə olaraq Ermənistan regionda vəziyyəti gərginləşdirməkdə davam edir, özündə qətiyyət tapıb sülh istiqamətində real addımlar atmır”.

Vüqar Əhmədov sözlərinə belə davam edib: “Təəssüf ki, Brüssel danışıqlar prosesi nəticəsində regionda gərginlik hələ də davam etməkdədir. Bunun da əsas səbəbi Ermənistanın nizamlanma prosesində stabil mövqe sərgiləməməsidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə