"Milli Məclisin xüsusi iclasında 228 xarici nümayəndə iştirak edir" - SAHİBƏ QAFAROVA
"Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında ümumilikdə 228 xarici nümayəndə iştirak edir". SİA xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
Sahibə Qafarova sözlərinə belə davam edib: "Müxtəlif ölkələrin parlament nümayəndələri bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında iştirak edir".
Qeyd edək ki, toplantıda 12 ölkənin parlament sədri, 10 ölkənin parlament sədrinin müavini, 6 ölkənin parlament üzvləri və beynəlxalq parlament təşkilatlarının nümayəndələri iştirak edir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB