Bakı İnzibati Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzini ziyarət ediblər - FOTOLAR
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzini ziyarət ediblər. SİA-nın xəbərinə görə, ziyarət zamanı hakimlərə Mərkəzlə bağlı geniş məlumat verilib. Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycanxalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
Hakimlər Heydər Əliyev Muzeyində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB