"Ağdam səfəri bir daha sübut etdi ki, ..." - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Bildiyimiz kimi, ötən gün cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva növbəti dəfə işğaldan azad olunmuş Qarabağ torpaqlarına səfər etdilər. Bu səfər çərçivəsində Ağdam rayonunda görülən quruculuq və yenidənqurma işləri ilə tanış olub, yeni layihələrin təməlqoyma mərasimində iştirak etdilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, hər dəfə cənab Prezidentin işğaldan azad olunan torpaqlara səfəri bir tərəfdən Qarabağda görülən işlərə nəzarət, 30 ildir vətən həsrəti çəkən məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıdış prosesini sürətləndirməkdirsə, digər tərəfdən böyük siyasi əhəmiyyət də daşıyır: "Bu gün birmənalı olaraq deməliyik ki, Azərbaycan dünyada getdikcə artan nüfuza malik dövlətlərdəndir. Azərbaycan öz gücü ilə beynəlxalq əməkdaşlıqda olan etibarlı tərəfdaşlığı ilə ildən-ilə daha çox nüfuz qazanır.
2020-ci ildə işğal altında olan torpaqlarımız azad olunsa da, indi də bəzi ölkələr Azərbaycanın qazandığı bu zəfəri qəbul edə bilmir. Bu reallıqdır. Bundan sevinən və təbrik edən ölkələrin sayı az oldu. Bu ölkələrin maskaları düşdü və iç üzləri ifşa olundu.
Hər səfər Azərbaycana fobiya xəstəliyinə tutulmuş ölkə, təşkilat, dövlət və Ermənistana sübut edir ki, bu torpaq Azərbaycanın tarixi torpaqlarıdır və beynəlxalq səviyyədə tanınır.
Azərbaycan xalqı hər zaman olduğu kimi Böyük Qayıdış prosesində də öz Prezidentini dəstəkləyir və məvburi köçkün bacı-qardalarımızın öz yurdlarına qayıtması üçün dəstək verir. 44 günlük Vətən müharibəsində olduğumuz kimi, Böyük Qayıdış prosesində də Azərbaycan xalqı bir yumruq olacaq. Bu Fransa kimi ölkələrə də ciddi bir mesajdır. Bununla bərabər Ermənistanda olan revanşist qüvvələrə də ciddi mesajdır ki, siz 100 il ərzində uydurduğunuz yalanlardan əl çəkin. Həm də bu ideologiya erməni xalqını uçuruma aparır".
Deputat sözlərinə belə davam edib: "Bu həm də Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyində olan erməni xalqının dırnaqarası lidelərinə bir mesajdır. Onların qurtuluşu Azərbaycan dövləti ilə müsbət qonşuluq münasibətinin qurulması ilə mümkündür.
Azərbaycan ərazisində yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir. Xankəndində və Qarabağın bəzi kəndlərində yaşayan azsaylı ermənilər anlamalıdır ki, əgər öz talelərinin uçurumla nəticələnməyini istəmirlərsə, dərs çıxarsınlar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB