“Laçın-Xankəndi yolu üzərində nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasından sonra Vaşinqton görüşündən gözləntilər daha da yüksəldi. Əvvəla, bu görüş ABŞ-ın moderatorluğu ilə orada keçirilən ilk görüş idi. Üstəlik, bugünə qədər Qərb platformasında keçirilən görüşlərin faydalılığını aşağı salan amil “dəhliz format”nda tərəflərin israrlı olması idi. Bu məsələdə ölkəmiz öz qətiyyətini ortaya qoyaraq “Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin başlanğıcında nəzarət-keçid məntəqəsinin” qurulmasına nail oldu. Bu irəliləyişdən sonra Vaşinqtonun təşəbbüsü ələ alacağı gözlənilən idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, ABŞ ənənəvi taktikasını işə salmaqdadır: “Proseslərin qızğın dönəmində kənarda qalıb, yetişən vəziyyətdən faydalanmaq Vaşinqtonun Qarabağla bağlı ritorikasında da özünü göstərir. Vaşinqton çox yaxşı anlıyır ki, proseslər tamamilə Bakının haqq maraqları çərçivəsində inkişaf edir və yaxın gələcəkdə digər problemlər də xoşluqla və ya məcburiyyətlə Azərbaycanın xeyrinə həllini tapacaq. Odur ki, Bayden administrasiyası hazırki situasiyanı qəbullanaraq öz platformasında praktiki irəliləyişin olduğu görüntüsünü yaratmağa çalışır. Bu baxımdan tərəflərin “yol xəritəsi” üzərində apardığı müzakirələr yaxın gələcəkdə faktiki sülh müqaviləsi ilə yekunlaşa bilər. Bu, həm də Qərbin Rusiyaya qarşı demarşı deməkdir. Bundan sonra ABŞ-ın hədəf aldığı məsələ çox güman ki, Zəngəzur dəhlizi olacaq. Laçında sərhəd-buraxılış məntəqəsi yerləşdirilsə də, faktiki nəzarət həm də Rusiyanın əlindədir. Naxçıvana vasitəsiz keçid təmin olunduğu təqdirdə, Zəngəzur dəhlizində də nəzarət Rusiyanın əlində olmuş olacaq. Bu isə Qərbin maraqlarına tamamilə ziddir. O baxımdan Vaşinqton sərhədlərin delimitasiya olunma prosesini sürətləndirə və Ermənistana Rusiya tərəfindən “hədiyyə” olunan bölgələrin qaytarılmasına təkan verə bilər ki, bu zaman düzgün xəritələr əsasında aparılmış delimitasiya prosesində Mehri rayonunun Nüvədi kəndi Azərbaycana qaytarılmış ola bilər və nəticədə Naxçıvana Rusiyanın nəzarəti olmadan təbii yolla keçid təmin olunmuş olar“.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB