Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baltikyanı və Skandinaviya ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Finlandiyanın Cənubi Qafqazdakı səfiri tviter hesabında paylaşım edib.
Vurğulanıb ki, baş tutan görüşdə regionda təhlükəsizlik və Orta Dəhliz məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətlərinə də toxunulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB