"Vahid Əhmədovun fikirləri deputatların nüfuzuna xələl gətirir" - KAMRAN BAYRAMOV
"Vahid Əhmədovun müsahibə zamanı səsləndirdiyi ifadələr hiddət doğurur". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Kamran Bayramov deyib.
Deputat sözlərinə belə davam edib: "Bu fikirləri Vahid müəllimə yaraşdırmadım. Vahid müəllim Azərbaycanda keçirilən demokratik seçkiləri şübhə altına alır. Əgər onun əlində faktları varsa, qoy təqdim etsin, ancaq edə bilmirsə, onun bu cür fikirlər səsləndirməsi əsassızdır. Onun fikirləri deputatların nüfuzuna xələl gətirir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB