“Beynəlxalq təşkilatlar olanlara kar, kor və laldırlar” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Beynəlxalq təşkilatlar olanlara kar, kor və laldırlar” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bildiyimiz kimi, Ermənistanda azərbaycanlı əsgərə bir neçə müddətdir işgəncə verilir. Dünya birliyi buna hələ də heç bir reaksiya verməyib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, dünya necə ki 30 il Qarabağın işğalına, Xocalı soyqırımına və digər faciələrə kar, kor, lal oldusa, bu insanlığa qarşı törədilmiş cinayətə də hələ reaksiya vermir: “Bütün bunlar onu göstərir ki, beynəlxalq təşkilatlar artıq özlərini iflasa uğradıblar. Onların maskaları düşüb. Əvvəl ikili standart deyirdik, amma indi olanlar onu göstərir ki, beynəlxalq təşkilatlar riyakar mövqedədir və onların fəaliyyəti ancaq bir söz deməklədi. Konkret addım atmaq və fəaliyyətə keçmək gəldikdə isə onlar susur, olanları görməzdən gəlirlər”.

Deputat sözlərinə belə davam edib: “44 günlük Vətən müharibəsində də bir daha sübut olundu ki, beynəlxalq təşkilatlar üçün haqlılıq, hüququn aliliyi prinsip deyil, onlar üçün gücün aliliyi prinsipdir. Sözsüz ki, Azərbaycan öz əsgərinə sahib çıxacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə