"Yeni kadrların təyin edilməsi daxili siyasətdə çox vacib rol oynayır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Yeni kadrların təyin edilməsi daxili siyasətdə çox vacib rol oynayır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə islahatlar paketi təqdim olunub. Onun tərkib hissəsi olan kadr siyasəti də uğurla həyata keçirilir, layiqli kadrlar dövlət və digər vəzifələrə təyin olunur. Həmin vəzifələrin öhdəsindən layiqincə gələ bilməyənlər isə vəzifədən kənarlaşdırılır. Son zamanlar bu proseslərin hər biri açıq-aşkar aparılaraq, keçmiş iş həyatının təmiz olması, əhali arasında nüfuzu və s. məsələlər nəzərə alınır və buna uyğun olaraq yeni kadrlar işə təyin olunur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, son zamanlar vəzifəyə təyin edilən kadrlar da məhz bu qəbildəndir və ictimaiyyət tərfindən çox yaxşı qarşılanır: "Kadrlar təyin olunduğu vəzifədən asılı olaraq çox şey həll edir. Bu baxımdan düşünürəm ki, kiçik bir vəzifəni nüfuzlu, şəxsiyyətli bir insan çox böyük bir formada təqdim edə bilər.

Kadr siyasətində atılan addımlar Azərbaycanın daxili siyasətində çox vacib elementlərdən biridir. Bu siyasət bütün sahələr üzrə aparılacaq və uyğun kadrların seçilməsi ilə daha yaxşı xidmət göstərilməsi təmin ediləcək".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə