"Münasibətlərinin çox yaxşı perspektivləri mövcuddur" - POLİTOLOQ DANIŞDI
"Bu gün Azərbaycanla Qazaxıstanın münasibətləri kifayət qədər yaxşı səviyyədədir. Nəzərə almaq lazımdır ki, Azərbaycan bir sıra qlobal iqtisadi, siyasi layihələrdə Ermənistanla əməkdaşlıq edib. Azərbaycanla Qazaxıstan Türk Dövlətləri təşkilatının vacib ölkələrindəndir. Eyni zamanda Qazaxıstanın Aktau limanı ilə Azərbaycanın Bakı limanı arasında yaxşı əlaqələr mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Qazaxıstan əlaqələri post-pandemiya dövrünün Mərkəzi Asiyadan Avropaya qədər uzanan önəmli nəqliyyat-kommunikasiya qovşağını təşkil etmiş olacaq: "Düşünürəm ki, Qazaxıstan-Azərbaycan münasibətlərinin çox yaxşı perspektivləri mövcuddur. Azərbaycanın Qazaxıstanla əlaqələrini inkişaf etdirməsi yeni nəqliyyat və logistika yollarının da işləkliyinə səbəb olacaq.
Nəzərə alınmalıdır ki, bu gün Çindən uzanan tarixi İpək yolu layihəsi, həmçinin Orta Dəhliz layihəsində Qazaxıstan və Azərbaycan kilid nöqtələrdən birini təşkil edir. Bu baxımdan Qazaxıstan rəhbərinin də bu yaxınlarda Azərbaycana səfəri və həftənin əvvəlində cənab Prezidentin Qazaxıstana səfəri həm iki ölkənin əlaqələrini inkişaf etdirmək, həm də regional siyasi-iqtisadi layihələrin inkişafı baxımından müstəsna rolu var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB