Azərbaycan Respublikaının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında dövlət başçısının sərəncamında da vurğulandığı kimi, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
“Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir”. Dahi öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi-irsi tariximizin ən mühüm və silinməz səhifələrini təşkil edir. Çünki, xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsasları üzərində bərqərar olunmasına ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində nail olmuşdur.
Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtdir. Ümumilli liderimiz müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd etmiş, digər sahələrdə olduğu kimi ədliyyə sisteminin də mahiyyətcə təkminləşdirilməsinə xidmət edən islahatlar həyata keçirilmişdir.
1998-ci ildə yaradılan Ədliyyə Nazirliyi sovetlər dövründə məhdud səlahiyyətlər çərçivəsində fəaliyyət göstərmiş, bir qurum kimi dəfələrlə ləvğ edilmişdir. Nazirliyin səmərəli dövlət strukturu kimi təşəkkül tapması Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Azərbaycan rəhbərliyinə ilk gəlişi isə ədliyyə sistemində belə demək mümkündürsə inqilab başlanmış, Ədliyyə Nazirliyi 1970-ci ildə bərpa olunmuş, onun fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edilmiş, milli kadr hazırlığına xüsusi diqqət yetirilmiş, bununlada ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaranmışdır. Təsadüfi deyildir ki,nazirliyin yenidən təsis olunması ilə bağlı imzalanmış həmin qərarların surəti ədliyyə tatixi muzeyində qiymətli eksponat kimi saxlanılır.
Azərbaycan ədliyyəsinin inkişafının əsaslı dönüş mərhələsi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonraki dövrə təsadüf edir. Möhkəm ictimai-siyahi sabitlik bərqərar olunduqdan sonra ümummilli liderimizin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə yeni Konstitusiya qəbul edildi. Konstitusiyamızda Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq islahatlarının aparılmasına başlanılmışdır. Bunula əlaqədar yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək ulu öndər qısa müddət ərzində hüquq sisteminin əsasını təşkil edəm mühütin qanun və məcəllələrin qəbul edilməsinə nail olmuşdur.
Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğılı münasibət göstərilmiş, Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, ədliyyə fəaliyətinin yeni qanunveriçiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiçikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür.
Qanunun aliliyinin daha yüksək səviyyədə təmin edilməsi məqsədilə 2000-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda üç pilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyyətə başlamış, ölkəmizdə ilk dəfə olaraq test üsulu ilə şəffaf prosedurlarla yeni hakim korpusu formalaşdırılaraq, onların yüksək statusu müəyyən olunmuşdur. Eyni zamanda, respublikada Konstitusiya Məhkəməsinin təsis edilməsi və fəaliyyətə başlanması da dahi öndər Heydər Əliyrvin fəaliyyəti nəticəsndə mümkün olmuşdur.
Konstitusiyanın aliliyinin təmin edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə çox geniş səlahiyyətlər verilmiş və bu orqan hüquqi dövlətin və demokratiyanın inkişafında mühüm təsisat olunmuşdur.
Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “İnsan Hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ölkəmizdə ilk dəfə olaraq insan hüquqları üzrə müvəkkil (Ombudsman) institunun təsis edilməsini gündəmə gətirmişdir. Nəticədə 28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilmişdir. Ombudsmanın aparatı fəaliyyətə başladıqdan sonra Ədliyyə Nazirliyi tətəfindən həmin qurumla əlaqələr qurularaq səmərəli əməkdaşlıq yaradılmış, bu sahədə çoxsaylı tədbirlər həyata keçirilmişdir.
Ümumilli liderimiz Heydər Əliyev tərəfindən dövlətin cəza siyasətində də islahatlar həyata keçirilmiş, bir çox fərman və sərəncaamlar imzalanmışdır. Dahi öndərin apardığı humanist siyasət nəticəsində Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləvğ edilmiş, 1995-ci ildən əvvəl unudulmuş əfv və amnistiya təsisatları bərpa edilmiş, 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanmışdır. Həmin dövrdə istintaq təcridxanalarıda Ədliyyə Nazirliyinin tərkibinə verilmişdir.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikamızın tarixində ilk dəfə olaraq 1999-cu ildə bələdiyyə seçkiləri keçirildi. Yerli özünüidarə oranlarının fəaliyyətinin müasir tələblərə uyğun təşkil edilməsinə köməklik göstərilməsi məqsədilə ümummilli liderimizin sərəncamı ilə Ədliyyə Nazirliyinin nəzdində Bələdiyyələrlə İş və Bələdiyyələrlə Metodoloji Yardım Mərkəzi yaradılmış, bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi nazirliyə həvalə edilmişdir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan Ədliyyəsinin misilsiz inkişafı ilə yadda qalmışdır.
Ümumilli liderimizin söylədiyi bütün tezislər hər birimizin fəaliyyət prinsipinə çevirilmişdir. Ulu öndərin səsləndirdiyi: “Hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir” bu fikirlər isə ədliyyə qulluqçuları olaraq bizlərin fəaliyyətimizdə təməl prinsipi olmalıdır. Azərbaycan xalqının qəlbində ulu öndərin sevgisi daima yaşayacaq və nəsillər boyu xatirəsi daima uca tutulacaqdır!
Allah rəhmət eləsin!
İlkin Rüstəmov,
Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin rəisi,
ədliyyə müşaviri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB