Prezidentin səlahiyyətli nümayəndəsinə müavin təyin edilən şəxs kimdir? - Dosye

Prezidentin səlahiyyətli nümayəndəsinə müavin təyin edilən şəxs kimdir? - Dosye

Prezident İlham Əliyev,Samir Əhməd oğlu Seyidəhmədlinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, bu təyinatadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin I müavini vəzifəsində çalışıb.

O daha əvvəl də Baş idarənin rəis müavini olub.

S.Seyidəhmədli geridə qalan illərdə vergi sistemində müxtəlif vəzifələrdə, eləcə də Vergilər Nazirliyi yanında milli gəlirlər departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi vəzifəsində də çalışıb.

Ötən ilin sentyabrında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə