İnsanlar özü və ailəsi üçün dərman gətirirsə, bunlara toxunmaq olmaz - QƏNİRƏ PAŞAYEVA

İnsanlar özü və ailəsi üçün dərman gətirirsə, bunlara toxunmaq olmaz - QƏNİRƏ PAŞAYEVA

"Hər gün reseptlərlə bağlı müraciətlər alırıq. İnsanlar reseptlərdəki dərmanları almaqda problem yaşayır. Qanun layihəsini dəstəkləyirəm. Amma bunun yanında idxal prosedurunun sadələşdirilməsinə ciddi ehtiyac var".

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qənirə Paşayeva deyib.

Millət vəkili bildirib ki, inhisarçılığa son qoyulmalı, bu sahədə azad rəqabət mühütü yaradılmalıdır. Bu dərmanların keyfiyyətinə də öz müsbət təsirini göstərəcək.

"Qardaş Türkiyədə dərman qiymətləri ilə bizim qiymətlər arasında çox ciddi fərq var. Bu vasitə ilə Gömrük Komitəsinə də müraciət edirəm ki, insanlar özü və ailəsi üçün dərman gətirirsə, bunlara toxunmaq olmaz. Onlar həm qiymət, həm də keyfiyyətə görə bu dərmanları gətirirlər" deyə, Qənirə Paşayeva qeyd edib.

"Bəzi qazilər hələ də əlillik statusu almayıblar. Onlar deyirlər ki, müalicə olmalıdır. Amma elə resept var ki, 400 manat qiyməti var. Bu bir müəllimin, və yaxud orta əmək haqqı alan insanın aylıq maaşıdır. Bu məsələlərə mütləq baxılmalıdır. Bu dərmanların hamısı olmalıdır ki, müalicənin ona faydası olsun". deyə millət vəkili sözlərinə əlavə edib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə