"Ermənistanla sərhəddə ordumuzun bölmələri yerləşdirilib" - HƏRBİ EKSPERT DANIŞDI
"Azərbaycan-Ermənistan sərhədində inşa olunan nəzarət buraxılış məntəqəsi barədə geniş detallar hələ ki, məlum deyil. Məntəqənin yaradılması ilə bağlı daha çox Ermənistan mətbuatında xəbərlər geniş yayılıb". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, bu barədə təkliflər daha öncədən də Azərbaycan Prezidenti tərəfindən səsləndirilib: "Zabux və Cağazur kəndlərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə belə bir nəzarət buraxılış məntəqəsinin quraşdırılması da mümkün görünürdü. Nəhayət ki, bu sərhəd-keçid məntəqəsi quraşdırılıb. Əgər Ermənistanı Qarabağla bağlayan bir yol varsa, o yolun üzərində bir-birini təkrarlayan eyni keçid məntəqələrinin quraşdırılmasına ehtiyac yoxdur. Ona görə də düşünürəm ki, bu məntəqənin sayı 1 olacaq. Amma ətraf ərazilərdə, yəni Ermənistanla sərhəddə bizim bir neçə strateji və hakim yüksəklikdə ordumuzun bölmələri yerləşdirilib və həmin mövqelərdən biz Ermənistanın Gorus rayonu ərazisini rahatlıqla müşahidə edə bilirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB