"Sabir Rüstəmxanlı ilə Əli Kərimlini eyni mövqeyə qoya bilmərəm" - AYDIN MİRZƏZADƏ
"Obyektiv tariximiz yazılıb. Həmin tarixi yaradıblar və bu göz qarşısındadır". Bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Sabir Rüstəmxanlının fikirlərinə münasibət bildirən deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, hər müxalifəti bir saymaq olmaz: "Mən bu gün Sabir Rüstəmxanlı ilə Əli Kərimlini eyni mövqeyə qoya bilmərəm. Çünki Əli Kərimli ermənilərlə birlikdə Azərbaycana qarşı mübarizə aparır".
Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, xalqın gözü tərəzidir. Xalq yaxşı bilir ki, kim necə müxalifətdir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB