"Ümumiyyətlə, müxalifət deyildikdə müəyyən bir sərhəd qoyulmalıdır. Mən də müxalifətəm və burada əyləşmişəm. Bütün müxalifəti eyniləşdirmək olmaz". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Sabir Rüstəmxanlı sözlərinə belə davam edib: "Bir qrupa görə müxalifət belədir, elədir demək düzgün deyil. Azərbaycanda indi milli birliyə çox böyük ehtiyac var. İndi tarixi bilən də, bilməyən də danışır. Ona görə ki, bu tarix yazılmayıb. Yəni, bu tarixi hərə öz istədiyi kimi yazıb. Azərbaycan tarixi yazılmalı və bu millətə çatdırılmalıdır.
Azərbaycanın rəsmi mövqeyi daim təbliğ olunmalıdır. Ona görə də bunlar qalıb televiziyaların və subyektiv fikirlərin ümidinə. Dövlət siyasəti ortada olmalıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB