"Bu qadınlar səhvlərini etiraf edir və bağışlanmaq istəyirlər" - QƏNİRƏ PAŞAYEVA
"Ötən gün qazilərlə görüşdüm. Onları dinləyəndə bu fikir dilə gəldi ki, YAŞAT Fondunda maliyyə çətinlikləri olduğu üçün bəzi məsələlərə müsbət yanaşmaqda problemlər yaşanır. Təklif edirəm ki, həmkarlarımızla birlikdə aylıq əməkhaqqımızın bir hissəsini YAŞAT Fonduna köçürək. Bu dəstəyi gözləyən şəhid və qazi ailələri var. Həmçinin, imkanlı insanları da bura cəlb edək". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qənirə Paşayeva deyib.
Deputat sözlərinə belə davam edib: "Əfv Məsələləri Komissiyasına müraciət edirəm ki, bu məsələdə bizə dəstək olsunlar. Bununla bağlı ora məktub və müraciətlər göndəririk. Orada qadınlar var ki, onlar ağır və qəsdən cinayətlər törətməyiblər. Eləsi var ki, övladını görə bilmir. Onlar təhlükəli deyillər. Onların övladları çox pərişandır və əzab çəkir. Bu qadınlar səhvlərini etiraf edir və bağışlanmaq istəyirlər.
Ulu Öndər Heydər Əliyev hər zaman humanist olub və bu cür qadınlara hər zaman dövlətimizin dəstəyi olub. Bu baxımdan Ulu Öndərimizin 100 illiyi ilə bağlı qadınlara yardım edilməsini təklif edirəm".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB