Dəniz Qüvvələri Komandanlığına təhvil verilən "TCG Anadolu" ilə bağlı danışan nazir Akar gəminin Türkiyənin gücünə güc qatacağını bildirib. "TCG Anadolu Prezident Ərdoğanın da qatıldığı mərasimlə Dəniz Qüvvələri Komandanlığına təhvil verilib.
"Dünyada bu miqyasda gəmiləri olan 12 ölkə var. "TCG Anadolu" üzərinə qalxıb enəcək SİHA-larla dünyanın "ilk SİHA-gəmisi" olacaq. Dünyanın ilk silahlı pilotsuz uçuş aparatı (SİHA) gəmisi və Türkiyənin ən böyük hərbi gəmisi olan TCG Anadolu donanmanın xidmətinə girdi. TCG Anadolu çoxməqsədli Amfibiya Hücum Gəmisi layihəsi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq 2015-ci ildə istifadəyə verilib. 2019-cu ilin may ayında suya buraxılan gəmi 2022-ci ilin iyununda dəniz qəbulu sınaqlarına başlayıb. Gəmi Prezident Rəcəb Tayyib Ərdoğanın da qatılacağı mərasimlə Müdafiə Sənayesi Başçılığı tərəfindən Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək", deyə milli müdafiə naziri deyib.
Hulusi Akar TCG Anadolu ilə bağlı qiymətləndirmələr edib: "Bu gün həqiqətən vacib və mənalı bir gündür. İşlərimiz uzun müddətdir davam edir. Allaha şükürlər olsun ki, bu gün bunun bəhrəsini verəcəyik. TSK öz üzərinə düşən vəzifələri yerinə yetirərkən, müdafiə sənayesində də böyük addımlar atır. Biz son dərəcə qürur duyuruq və xoşbəxik. Arzumuz budur ki, bu proses davam etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB