Türkiyədə prezident seçkilərindən gözləntilər nədir? - SABİQ TÜRK DEPUTAT
“Türkiyədə prezident seçkilərində seçim tarixi getdikdə vacib addımlardan keçir. Dünəndən bəri də bütün partiyalar millət vəkili namizədlərini Yüksək Seçki Şurasına təqdim ediblər və dörd prezidentliyə namizəd olan şəxslərin də adı bəllidir”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Ərzurum şəhərindən olan sabiq deputat, professor Mustafa İlıcalı deyib.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan hər gün müxtəlif fəaiyyət içərisindədir: “Cənab Prezidentimiz ötən gün mənim də iştirak etdiyim Başakşəhər metrosunun açılışını etdi. Dünən də prezident Rəcəb Tayyib Ərdoğan Pendikdə tamamlanan 168 layihənin kollektiv açılış mərasimində iştirak etdi. Bu gün isə ən önəmli bir savaş gəmisinin Dəniz Qüvvələrinə təslimi mərasiminə qatılacaq. Bundan əlavə Salma sənaye ilə bağlı vacib bir mərasim olacaq. Yəni, Prezidentimiz bir tərəfdən hər gün işləri icra etdirir, digər tərəfdən də zəlzələdən əziyyət çəkənlərin problemlərini həll edir”.
Mustafa İlıcalı sözlərinə belə davam edib: “Altılı İttifaq"ı dəstəkləyəcək Xalqların Demokratik Partiyası ilə bağlı açıqlama və narahatlıqlar yaxınlaşan seçkilərdə Ədalət və İnkişaf Partiyasının və cənab Rəcəp Tayyib Ərdoğanın birinci turda qalib gələcəyinə inanıram”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB