ABŞ-a bağlı təşkilatlar dövlətçiliyi zəiflətmək öhdəliyi götürüblər - POLİTOLOQ ŞƏRH ETDİ
“ABŞ-a bağlı olan bəzi təşkilatlar fəaliyyət göstərdikləri ölkələrdə öz missiyalarına uyğun sabitliyi təmin etmək, haqq və hüquqların bərpası uğrunda çalışmaq əvəzinə, cəmiyyətlərin inkişafəna töhvə vermək əvəzinə ölkələrin isyasi həyatın amüdaxilə edir, vətəndaşları çaşdırır, siyasi prosesləri monipulyasiya aləti kimi istifadə edir, nəticədə dövlətçiliyi zəiflətmək öhdəliyini yerinə yetirirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, Azərbaycanda da belə təşkilatların missionerləri yox deyil: “Onlar daha çox media üzərindən fəaliyyətə keçir, radikal müxalifətə ciddi dəstək göstərirlər. Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi Agentliyi, Demokratiya üçün Milli Dəstək, Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondu, Marşal fondu, Təhsil və tədqiqatları dəstək federal fondu (İREX) bu təşkilatlar içərisində xüsusi qeyd oluna bilər. Maraqlısı budur ki, bu kimi qurumların fəaliyyəti xüsusən ölkəmizin Rusiyayönlü 5-ci kolonla mübarizəsindən sonra daha ciddi şəkildə gündəmə gəlib. Bu təşkilatlar vaxtılə rəngli inqilablara sponsorluq etmiş və inqilab dalğasından yararlanan ölkələrdə heç də demokratik yöndə dəyişikliyə töhvə verilməmişdir. Əlbəttə ki, bu cür fəaliyyət dövlətimiz tərəfindən gözardı edilmir, lazımı tədbirlər görülür və görülməyə davam ediləcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB