"Putin Türkiyədə seçki prosesini diqqətlə izlədiyini dedi" - TÜRKİYƏ PREZİDENTİ

"Putin Türkiyədə seçki prosesini diqqətlə izlədiyini dedi" - TÜRKİYƏ PREZİDENTİ

“14 mayda keçiriləcək seçkilər tarixi yol ayrımıdır”. SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elmin Təbliği Fondunun Baş Assambleyasında çıxışı zamanı deyib.

O bildirib ki, bunu Türkiyə ilə əlaqəsi olan hər kəs görür: “Bu gün Rusiya Prezidenti Vladimir Putinlə danışdım. Putin seçkinin hazırkı mərhələsini diqqətlə izlədiyini dedi. Mən də ona sülhü dəstəklədiyimizi bildirdim”.

R.T.Ərdoğan V.Putinlə müntəzəm olaraq əlaqə saxladığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə