"Saxlanılan sərhəd pozucularının 15,7%-i (88 nəfəri) qadın olub" - ƏLİ ƏSƏDOV

"Saxlanılan sərhəd pozucularının 15,7%-i (88 nəfəri) qadın olub" - ƏLİ ƏSƏDOV

Qaçaqmalçılıqla mübarizə tədbirləri nəticəsində təqribi məbləğ 39 milyon 720 min manat dəyərində qiymətləndirilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Qaçaqmalçılıq predmeti olan zinət əşyaları, qiymətli kağızlar, pul, dövriyyəsi qadağan edilmiş digər predmetlər və həmçinin narkotik vasitələr saxlanılaraq dövriyyədən çıxarılıb.

Dövlət sərhədinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəldilmış tədbirlər nəticəsində 2022-ci il ərzində 426 halda 559 nəfər sərhəd pozucusu saxlanılıb. Saxlanılan sərhəd pozucularının 15,7%-i (88 nəfəri) qadın olub.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə