Meral Akşenerin "ikiüzlü" siyasəti

Meral Akşenerin "ikiüzlü" siyasəti

Altılı koalisiyadakı böhranın memarı olan və dəstəkləmədiyi üçün masadan ayrılan CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə imza atmalı olan İYİ Partiya sədri Meral Akşener yeni qalmaqala imza atıb. Kamal Kılıçdaroğlunun namizədliyi ictimaiyyətə açıqlanarkən Meral Akşenerin bədbəxt görünüşü diqqət çəkib. Akşener qatıldığı canlı yayımda bu görüntünün zəlzələdən duyduğu kədərin əksi olduğunu iddia edib. Ancaq Akşener cəmi bir dəqiqə sonra eyni efirdə gülməyə başlaması diqqət çəkib.

Altılı koalisiya son günlər böhran yaşadığı üçün Türkiyədə siyasi arena qızışıb. Masada böhranın memarı İYİ Partiya sədri Meral Akşener olub. Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyini masa arxasında oturan digər 5 partiyanın dəstəklədiyi üçün Altı Koalisiyaya - ittifaq ortaqlarına sərt sözlər deyib.

Koalisiyadakılar əvvəlcə bu addımdan narahatlıq keçirsələr də daha sonra Meral Akşenerin sözlərini unudaraq Kamal Kılıçdaroğlunun namizədliyini qəbul etməsi ilə fərqli bir ölçüyə keçiblər. Mənsur Yavaş və Əkrəm İmamoğlunun vitse-prezident olması şərti ilə masaya qayıdan Akşener mövcud vəziyyəti hələlik qəbul edib.

Digər tərəfdən Fatih Altaylının canlı yayımın qonağı olduğu proqramda İYİ Partiya sədri Meral Akşener növbəti dəfə qalmaqala səbəb olub. Kamal Kılıçdaroğlunun namizədliyi ictimaiyyətlə paylaşılan zaman Akşener Səadət Partiyasını müdafiə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə