“Azərbaycan yenidən güc tətbiq etməli olacaq” - POLİTOLOQ DANIŞDI

“Azərbaycan yenidən güc tətbiq etməli olacaq” - POLİTOLOQ DANIŞDI

“Hesab edirəm ki, artıq ekofəalların şüarlarında müəyyən dəyişiklik olunmalıdır. Ərazidən silahlı erməni birləşmələrinin çıxarılması, sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması əsas məqsədlər sırasındadır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, erməni tərəfi isə tələbləri yerinə yetirmir: “Görünən odur ki, Azərbaycan yenidən güc tətbiq etməli olacaq. Bu prosesi Azərbaycan dövləti paralel şəkildə aparır. Konkret olaraq isə bu məsələ Laçın dəhlizində nəzarət-gömrük postunun qurulması ilə nəticələnməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə