Prezident İlham Əliyev Fransanın müstəmləkəçilik maraqlarını faktlarla sübuta yetirdi

Prezident İlham Əliyev Fransanın müstəmləkəçilik maraqlarını faktlarla sübuta yetirdi

Dövlət başçımız özünün ən yüksək və ali nüfuzu ilə beynəlxalq əhəmiyyətli, eləcə də qlobal faktorları daim öndə tutur, ölkəmizin dünyadakı yerini və mövqeyini daha qətiyyətli şəkildə möhkəmləndirir

Paytaxt Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Belə ki, bu mötəbər toplantıda 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin prezidentləri, üç ölkənin vitse-prezidentləri, 2 ölkənin Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin bir sıra beynəlxalq təşkilatların rəhbərləri eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. iştirak ediblər.

Eyni zamanda, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə yüksək səviyyəli nümayəndələrin iştirakı bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Bu, həm də Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.

Onu da qeyd etmək əhəmiyyətlidir ki, 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Azərbaycan Prezidenti İlham Əliyevin bu təşkilatınişində göstərdiyi uğurli fəaliyyətin nəticəsi kimi ölkəmizin bu Hərəkata sədrlik müddəti yekdil qərarla daha bir il uzadıldı.

Xatırladaq ki, Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.

O cümlədən, pandemiya dövründə Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərdi. Ölkəmiz Hərəkatın institusional inkişafına güclü dəstək verir. Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib və Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Təşkilatın daimi katibliyi Bakıda yerləşməsi qərara alındı.

Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdəki geniş və əhatəli çıxışı beynəlxalq aləmdə böyük əks-səda doğurdu. Belə ki, burada xüsusi olaraq Fransanın müstəmləkə siyasəti xüsusi qeyd edildi. Hərəkarın adından Fransa hökuməti Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırıldı. Həmçinin Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəklədi.

Dövlətimizin başçısı vurğuladı ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Hərəkat üzvləri adından həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırış edildi.

Dünyada uzun illərdir müzakirə olunan mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Toplantıda bununla bağlı təklif edildi ki, daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması məqsədi ilə Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir.

Eləcə də, BMT Təhlükəsizlik Şurasındabir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəstəklənməlidir.

Prezident İlham Əliyev toplantıdakı çıxışında Azərbaycanın humanitar missiyasına da ayrıca olaraq toxundu. Vurğulandı ki, COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcəkdir. Paralel olaraq, toplantıda Prezident İlham Əliyev ölkəmiz adından iki mühüm əhəmiyyət kəsb edən qlobal çağırış etdi – “Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək”. Xatırladaq ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırırmışdır. Bu reallıq həm də onu sübut edir ki, Azərbaycan və onun rəhbəri Prezident İlham Əliyev özünün ən yüksək və ali nüfuzu ilə beynəlxalq əhəmiyyətli, eləcə də qlobal faktorları daim öndə tutur, ölkəmizin dünyadakı yerini və mövqeyini daha qətiyyətli şəkildə möhkəmləndirir.

Almaz HƏŞİMOVA,

YAP Füzuli rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə